Aprel ayı olmasına baxmayaraq, dünən gecədən etibarən Lerik rayonuna qar yağıb.

Astarainfo.az AZƏRTAC -a istinadən xəbər verir ki, hazırda qarın yağması davam edir. Qarın qalınlığı Lerikin mərkəzində 5-6 santimetrə, dağlıq ərazilərdə isə 10-12 santimetrə çatıb.

Lerikdə qarın yağmasına baxmayaraq, nəqliyyatın hərəkətində, eləcə də əhalinin elektrik enerjisi və təbii qazla təminatında heç bir çətinlik olmayıb.