İranda yeni koronavirus (COVID19) nəticəsində ölənlərin sayı 3 993 nəfərə çatıb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpur deyib.

K.Cahanpurun sözlərinə görə, ötən sutka ərzində 121 nəfər virusdan ölüb.

Nazirlik rəsmisi ötən sutka ərzində 1 997 nəfərin bu virusa yoluxduğunu, ümumilikdə İranda bu virusa yoluxanların sayının 64 586 nəfərə çatdığını təsdiqləyib.

Onun sözlərinə görə, 3 956 nəfərin vəziyyəti ağır və kirtikdir. İndiyədək 29 812 nəfər sağalaraq evə buraxılıb.

Bu günədək İranda koronavirusun diaqnozu ilə əlaqədar 220 mindən çox test aparılıb.

Astarainfo.az