“Bu vəsaiti alacaq vətəndaşlardan xahiş edirəm ki, onlar ikinci ödənişi almaq üçün bank hesabları açsınlar”.
Astarainfo.az  xəbər verir ki, bu sözləri aprelin 17-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında iclas keçirən Prezident İlham Əliyev deyib:
“200 min əvəzinə, 600 min insana dövlət 2 ay ərzində hər ay 190 manat vəsait veriləcək. Bu vəsaiti alacaq vətəndaşlardan xahiş edirəm ki, onlar ikinci ödənişi almaq üçün bank hesabları açsınlar. Birinci ödəniş bu ay veriləcək. Ona görə yəqin ki, bəzi insanların imkanı olmayacaq. Ancaq ikinci ödəniş may ayında veriləcək. Ona qədər bu 600 min insanın hər biri bank hesabı açsın və ikinci ödənişi bank köçürmə yolu ilə alsın”.