Lənkəranda ölümlə nəticələnən yol qəzası olub.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

Belə ki, aprelin 18-də saat 8 radələrində Lənkəran rayonunun Digah kəndi ərazisində Göyşaban kənd sakini M.Əlizadə idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən kənd sakini 3 yaşlı Amili vurub.

Nəticədə uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Lənkəran Şəhər Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Astarainfo.az