Astara rayon Gənclər və İdman İdarəsi və Astara Rayon Dövlət Rəsm Qalareyasının birgə təşkilatçılğı ilə internet üzərində “Evdə qalın, baharı evinizə gətiririk” mövzusunda yeniyetmə və gənclər arasında rəsm üzrə rayon müsabiqəsi keçirildi.

Müsabiqənin keçirilməsində məqsəd “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.4.3-cü bəndinin icrasını təmin edilməsi, xüsusi karantin rejimi qaydalarına əməl etməklə yerlərdə gənclər siyasəti sahəsində tədbirlərin yeni formatlarda davam etdirilməsi, istedadlı gənc rəssamların aşkar edilməsi, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təbliğidir.

Müsabiqədə rayonun ümumtəhsil məktəblərini və Astara Rayon Dövlət Rəsm Qalareyasını təmsil edən 31 nəfər istedadlı gənc rəssamların əsərləri münsiflər heyyəti tərəfindən qiymətləndirildi. I yeri Babazadə Fatimə, II yeri Qəhrəmanova Nəzrin, III yeri Fərziyeva Elvira qazandı. Fərqləndirici yerlərə isə, Xankişizadə Rəna, Cümşüdova Aysun, Ağacanova İlahə, Qəhrəmanova Pərvin, İmaməliyeva Aytac, Mikayılova Ülkər, Hüseynzadə Aysun, Qədirli Mirtac layiq görüldülər.

Fəxri yerləri qazanan və fərqlənən gənclər Rayon Gənclər və İdman İdarəsinin diplomlarına layiq görüldülər.

Astarainfo.az