Astara Rayon Gənclər və İdman İdarəsi nəzdində fəaliyyət göstərən “Altay” Gənclərin İntellektual-İnnovasiya Klubunda rayonun ümumtəhsil məktəblərinin müəllim və şagirdlərinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev irsini öyrənirik” mövzusunda onlayn konfrans keçirilib.

Astarainfo.az xəbər verir ki, videokonfransda mövzu ilə bağlı “Altay” Gənclərin İntellektual-İnnovasiya Klubunun sədri Ceyhun Mirzəzadə, müəllimlər və şagirdlər çıxış ediblər. Çıxış edənlər ulu öndər Heydər Əliyevin zəngin və mənalı ömür yolundan danışaraq onun Azərbaycan xalqı qarşısında xidmətlərini, gənclərə göstərdiyi diqqət və qayğını yüksək dəyərləndiriblər.