Astara rayon Heydər Əliyev Mərkəzi 10 May Azərbaycan xalqının Ümummili Lideri Heydər Əliyevin anadan olmasının 97 illiyinə həsr olunmuş rayon məktəbliləri arasında keçirilən müsabiqəyə yekun vurulub. Müsabiqəyə 56 video çarx təqdim olunub. Lənkəran Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Astara rayonu üzrə nümayəndə Şadoğlan Bayramovun, Astara rayon Təhsil şöbəsi yanında metod kabinetin direktoru Emin Fətəliyevin, Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədovanın iştirakı ilə münsiflər heyəti qalibləri müəyyən edib.

Tədbirdə Astara rayon İcra Hakimiyyəti başçısının müavini, içtimai – siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova iştirak edib.

Müsabiqədə 56 video münsiflər heyəti tərəfindən qiymətləndirilib.

1-ci yer Ziya Bünyadov adına Astara şəhər 2 saylı tam orta məktəbin XI sinif şagirdi Əlizadə Gülnaz

2-ci yer Astara rayon Şağlazüzə kənd tam orta məktəbinin VII sinif şagirdi Fətəliyeva Səhər

2-ci yer Mirzə Ələkbər Sabir adına Astara şəhər 1 saylı tam orta məktəbin X sinif şagirdi Həmidzadə Fatimə

2-ci yer Ziya Bünyadov adına Astara şəhər 2 saylı tam orta məktəbin I sinif şagirdi Əliyeva Reyhanə

3-cü yer Ceyhun Babayev adına Astara şəhər 3 saylı tam orta məktəbin VIII sinif şagirdi Muradova Fəridə

3-cü yer F.Qasımov adına Ərçivan qəsəbə 1 saylı tam orta məktəbinin VII sinif şagirdi Hüseynova Günel

Həvəsləndirici:

Ziya Bünyadov adına Astara şəhər 2 saylı tam orta məktəbin V sinif şagirdi Rufullayeva Aida

F.Əliyarov adına Astara şəhər 6 saylı tam orta məktəbin VIII sinif şagirdi Bağıyev Fidan

R.Mirzəyev adına Astara rayon Şahağacı kənd tam orta məktəbin I sinif şagirdi Quliyeva Şənay.

Qaliblər Astara rayon Heydər Əliyev Mərkəzinin “Diplom”ları ilə, İştirak edənlərə isə “Fəxri Fərman”larla təltif ediləcəklər.

Astarainfo.az