Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müavini Rafiq Bayramov DTX tərəfindən dindirilərkən sadəcə mədəniyyət şöbələri vasitələrilə musiqi məktəblərindən ayda 60 min manat aldığını etiraf edib.
Astarainfo.az
 xəbər verir ki, Şəmkir regional mədəniyyət idarəsinin rəisi Höccət Əsədullayev Rafiq Bayramovun onu, musiqi məktəblərindən pul yığmağa məcbur etdiyini bildirib: “Hər ay Rafiq Bayramova 9 min verirdim, maaşlar qalxandan sonra bu məbləğ 11 min oldu”.
Gəncə regional mədəniyyət idarəsinin rəisi Sənan Hacıyev isə bildirib ki, 21 musiqi məktəbinin 15 dən hər ay 1000 manat olmaqla pul yığılırdı və bunun 9 min manatı Rafiq Bayramova verilirdi: “Yığılmış pulları Rafiq Bayramova mən, onun kabinetində  təqdim edirdim”.
Sumqayıt regional mədəniyyət idarəsinin rəisi Mehman Şükürov, Rafiq Bayramovun keçirilən tədbirləri bəhanə edərək ondan hər ay 10-12 min manat vəsait tələb etdiyini deyib.