Hotel və istirahət mərkəzlərindəki standartlar və təlimatlar hazırdır.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, bunun üçün metodik göstərişlər var: “Koronavirusinfo.az saytında bu qayda və təlimatlar yerləşdirilib. Həmin təlimat və qaydalar bu müəssisələrdə asılacaq və təlimatlara əməl edilməsinə nəzarət edəcək şəxslər olacaq. Eynilə kafe və restoranlarda davranışla bağlı təlimatlar var. Həmin təlimatlar da sözügedən obyektlərdə asılacaq”.

Astarainfo.az