Türkiyədə koronavirusun yayılması ilə mübarizə çərçivəsində komendant saatı tətbiq ediləcək.

Astarainfo.az-ın məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Komendant saatı mayın 23-dən 26-dək Ramazan bayramı müddətində qüvvədə olacaq:

“Mayın 23, 24, 25, 26-da bütün 81 vilayətdə komendant saatı tətbiq ediləcək”.

R.T. Ərdoğan əlavə edib ki, mayın 29-dan etibarən ölkədə məscidlər qismən açılacaq.

Astarainfo.az