ABŞ-ın Miçiqan ştatında aramsız yağışlar Tittabavasi çayıdan iki bəndin daşmasına səbəb olub.

Trend-in məlumatına görə, daşqın nəticəsində Midlend şəhərində 10 min sakin təxliyə olunub.

Təbiət hadisəsi 3,5 minə yaxın evə ziyan vurub. Şəhər meri Bred Key bildirib ki, bu daşqın son 500 il ərzində Midlend ərazisində baş vermiş ən böyük daşqındır.

Miçiqan ştatının qubernatoru hadisə ilə əlaqədar Midlend şəhərində fövqəladə vəziyyət elan edib.