İranda ötən sutka ərzində daha 2 346 nəfər koronavirusa (COVID-19) yoluxub.

Bu barədə Trend İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinə istinadən məlumat verib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpurun sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 126 929 nəfərə çatıb. Onlardan 2 673 nəfərin vəziyyəti ağırdır.

Cahanpur əlavə edib ki, ötən 24 saat ərzində daha 64 nəfər koronavirusdan ölüb. Beləliklə İranda indiyədək bu virusdan ölənlərin sayı 7 183 nəfərə yüksəlib. 98 808 nəfər isə koronavirusdan sağalıb.

İranda koronavirusun diaqnozu ilə əlaqədar 731 mindən çox test həyata keçirilib.

Cahanpur deyib ki, ötən 10 vilayətində ölüm halı qeydə alınmayıb, 8 vilayətin hər birində isə 1 ölüm halı qeydə alınıb.

astarainfo.az