Astara Rayon Gənclər və İdman İdarəsi, “Astara” İntellektual İnkişaf Klubunun birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasının 102-ci ildönümünə həsr olunmuş yeniyetmələr və gənclər arasında bilik yarışı üzrə fərdi onlayn rayon birinciliyi keçirilib.

Astarainfo.az xəbər verir ki, 19 nəfər yeniyetmə və gəncin iştirak etdiyi bilik yarışı Whatsapp şəbəkəsi ilə reallaşdırılıb. İştirakçılara Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasının tarixi, dövlət atrubutları, mədəniyyət və digər sahələr barədə, ümumilikdə, 34 sual verilib.

Qaliblər Astara Rayon Gənclər və İdman İdarəsinin diplom və hədiyyələrinə layiq görülüblər.

Ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi başa çatdıqdan sonra qaliblərə mükafatlar təqdim olunacaq.