Bu gündən etibarən VI “Virtual əlaçı” bilik yarışmasına start verilir.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, yarışmada iştirak etmək üçün “Virtual məktəb” portalında “Teams -> General” bölməsindən “Testlər” altbölməsinə daxil olmaq və orada yerləşdirilən testlərə cavab vermək lazımdır.

Hər sinif üçün təqdim edilmiş tapşırıqlara ən tez və düzgün cavab vermiş ilk 10 şagird qalib olacaq və adları Təhsil Nazirliyi tərəfindən rəsmi şəkildə elan ediləcək.

Bildirilir ki, V “Virtual əlaçı” bilik yarışmasının nəticələri artıq elan olunub. V həftənin əlaçılarının adları da məlum olub.

Qeyd edək ki, yarışmanın keçirilməsində məqsəd şagirdlər arasında sağlam rəqabəti artırmaq və öyrənilən bilikləri yoxlamaqdır.

Astarainfo.az