Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Ərçivan qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş Ceyhun Nəsirov və İsrafil Nəsirov saxlanılıblar.

Şəxsi axtarış zamanı C.Nəsirovun əl çantasından 13 qram narkotik vasitə heroin və bir ədəd elektron tərəzi, İ.Nəsirovdan isə bir bükümdə heroin aşkarlanaraq götürülüb.

Araşdırmalarla C.Nəsirovun narkotik vasitəni şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşından qaçaqmal yolu ilə əldə etdiyi və satışını təşkil etmək üçün üzərində gəzdirdiyi müəyyən olunub.

Faktla bağlı araşdırmalar aparılır.

Astarainfo.az