Son günlərdə yoluxma səviyyəsinin artması rayonlara gediş-gəlişdə qadağanın aradan götürülməsinə şərait yaratmır.

Astarainfo.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, hələlik bu qadağa qüvvədə qalmaqdadır: “Koronavirusa yoluxma halları artdığından bu qadağanın götürülməsi riski artırır. Ona görə də, hələ ki, sarı zonadan narıncı zonaya gediş-gəlişə qadağa aradan götürülməyib”.

Astaraifo.az