Astara Uşaq Musiqi Məktəbinin VII sinif şagirdi Aysu Mustafazadə 2021-ci ilin mart ayında Moskvada keçiriləcək pianoçuların Vladimir Kraynev adına IV onlayn beynəlxalq müsabiqəsində uğurla çıxış edərək, seçim turunu keçmədən müsabiqənin ikinci mərhələsinə dəvət alıb.

Astarainfo.az xəbər verir ki, 14 yaşlı A.Mustafazadə artıq iki nüfuzlu beynəlxalq müsabiqənin qalibi və respublika müsabiqəsinin diplomantı olub.

O, 2018-ci ildə Moskvada keçirilən pianoçuların Vladimir Kraynev adına II beynəlxalq müsabiqəsinin, ötən il isə Bakıda keçirilən Azər Dadaşov adına beynəlxalq müsabiqənin qalibi adını qazanıb.

Gənc pianoçu, həmçinin 2019-cu ildə Bakıda musiqi məktəbləri arasında keçirilən pianoçuların respublika müsabiqəsinin diplomuna layiq görülüb.

Astarainfo.az