Ermənistanın Baş nazir Nikol Paşinyan güc strukturlarının yeni rəhbərlərinin adlarını açıqlayıb.
Astarainfo.az  xəbər verir ki, Nikol Paşinyan bu barədə “Facebook” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
Baş nazir bildirib ki, general-leytenant Onik Qasparyanın Baş Qərargah rəisi, polkovnik Argişti Karamyanın Milli Təhlükəsizlik Xidmətinin direktoru, polkovnik Vahe Qazaryanın isə polis rəisi təyin olunacağını qeyd edib.
Paşinyan istefa verən Artak Davtyana, Eduard Martirosyana və Arman Sarkisyana təşəkkür edib və qeyd edib ki, yeni təyinatlar Prezidenti tərəfindən imzalanandan sonra qüvvəyə minəcək.

Astarainfo.az