Astara rayon Gənclər və İdman İdarəsində15 iyun Milli Qurtuluş gününə həsr olunmuş “Nicat yolu” mövzusunda seminar keçirilmişdir.

Tədbiri giriş sözü ilə Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev açmışdır. Daha sonra Astara şəhər 2 saylı tam orta məktəbin ingilis dili müəllimi,“Altay” Gənclərin İntellektual-İnnovasiya Klubunun sədr müavini Vəfa Nəzirova, könüllü gənc Abbas İbrahimli, Astara Pedoqoji Kollecini IV kurs tələbəsi,çağırışçı gənc Nicat Cəfərli, Astara şəhər 6 saylı tam orta məktəbin X sinif şagirdi Səbinə Ağayeva, Astara şəhər 1 saylı tam orta məktəbin X sinif şagirdləri Xədicə Vəliyeva və Fatimə Rəhimova çıxış etmişlər.

Karantin rejimi qaydalarına uyğun həyata keçirilən tədbirdə çıxış edənlər qeyd etmişlər ki, 1993-cü ilin 15 iyun günü xalqımızın mübarizələrlə dolu tarixinə yeni eranın başlanğıcı kimi daxil oldu. Azərbaycanda müstəqil dövlətçilik ənənələrinin formalaşdırılması və mühüm nailiyyətin əldə edilməsində ümummilli lider Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna əhəmiyyəti vardır. Onun siyasi xadim kimi yürütdüyü siyasətin başlıca qayəsi Azərbaycanı və onun vətəndaşının təhlükəsizliyini qoruya biləcək qədər qüdrətli dövlətə çevirmək olmuşdur. Çıxışlarda Heydər Əliyevin həyat yolu və fəaliyyəti, onun gənclərə göstərdiyi diqqət və qayğı barədə geniş məlumatlar verilmişdir. Gənclərin fonumunlarının keçirilməsi, Azərbaycan Gənclər günün təsis olunması, gənclərin hərtərəfli inkişafına xidmət edən qanunların və Dövlət proqramlarının qəbul edilməsi və digər faktlar qeyd olunmuşdur.

Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə gənclər və idman sahəsinə aid dövlət siyasətinin ardıcıl həyata keçirilməsi dövlətin gələcək inkişafına hesablanmış addımlardır.Eləcə də son 4 ay ərzində Beynəlxalq Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olunmuş və dünyanın əksər ölkələrində yayılaraq həyacana səbəb olmuş Koronovirus infeksiyasının (COVİD-19) yayılmasına qarşı mübarizə məqsədilə Azərbaycanda zəruri tədbirlər həyata keçirilir.

Yekunda Astara RGİİ-nin rəisi Ərçə Əliyev tədbirdə iştirak edən,çağırışçı gənc, hərbi xidmətə hazırlaşan Astara Pedoqoji Kolecini IV kursunu bitirən Cəfərli Nicata qarşıdakı hərbi xidmət sahəsində borcunu layiqincə yerinə yetirməyi,eləcə də onun timsalında Azərbaycan gənclərinə dövlətçiliyimizin qorunmasında bütün sahələrdə yüksək vətəndaşlıq nümunələri göstərməyi, möhkəm sağlamlıq və uğur arzuladı.