Minnətdarlıq məktubu

Çox hörmətli Qəzənfər müəllim!

Siz Astara rayon ağsaqqallarının ağıllı, düşünülmüş təklif və məsləhətlərini çox səmini qəbul edən, onları tez və layiqincə yerinə yetirən, onun icrasına nail olan rəhbər işçisiniz. Bu çox layiqli və nümunəvi cəhətdir. Bu üsuldan digər rəhbər işçilərin istifadə etməsi xeyir gətirər.

Qəzənfər müəllim, həmyerlimiz, Astaranın “Fəxri vətəndaşı”, görkəmli İranşünas alim, Filologiya elmləri doktoru, professor Mirzə Şıxəli oğlu Rəhimovun anadan olmasının 14 dekabr 2019-cu ildə Astarada keçirilən 90 illik yubiley tədbirində, habelə cari ilin yanvar ayında Astara şəhər inzibati ərazi üzrə nümayəndəsinin hesabat yığıncağında mən təklif verdim və xahiş etdim ki, Mirzə Rəhimovun adını daşıyan küçənin sıx əhali yaşayan hissəsi asfaltlaşdırılsın.

Hörmətli Qəzənfər müəllim, Siz bu təklif və xahişi çox səmimi qəbul etdiniz və həmin küçənin asfaltlaşması üçün sərəncam verdiniz.

Görün, koronavirusun dünya ölkələrinə yayıldığı dövrdə Siz cəsarət göstərib həmin küçənin bu il iyun ayında asfaltlaşmasına nail oldunuz.

Mən bu barədə Mirzə Rəhimovun ailəsinə telefonla xəbər verdim, onlar çox sevindilər və sizə öz səmimi təşəkkürünü bildirdilər, sizə çox sağ ol dedilər.

Qəzənfər müəllim, mən bir ağsaqqal kimi öz adımdan, həmin küçənin sakinləri adından sizə dərin təşəkkürümü bildirir, işlərinizdə müvəffəqiyyətlər arzulayırıq.

Onu da deyim ki, rayonda aparılan yol infrastrukturu respublikamızla yanaşı gedir. Məsləhət bilsəniz, bu təşəkkür məktubunu “Astara” rayon qəzetində çap olunmasına göstəriş verəsiniz.

Dərin hörmət, minnətdarlıqla:

Hüseynov Heybət Əli oğlu

Azərbaycan Respublikasının Əməkdar müəllimi