İcazəsi olan şəxs etibarnamə ilə avtomobil idarə edirsə, sərt karantin günlərində də həmin avtomobili idarə edə bilər.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, qanunvericiliyə görə, şəxs etibarnaməsi olan avtomobili idarə edə bilər: “Həmin şəxs idarə etdiyi avtomobili icaze-e.gov.az saytında qeydiyyatdan keçirməlidir”.

Astarainfo.az