Türkiyənin Bingöl vilayətində 5,7 bal gücündə zəlzələ olub.

Trend-in Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən verdiyi məlumata görə, yeraltı təkanlar iyunun 14-də yerli vaxtla saat 17:24-də qeydə alınıb.

Zəlzələ ətrafdakı vilayətlərdə hiss olunub. Əhali arasında böyük təşviş yaranıb.

Dağıntı və xəsarət alanların olub-olmadığı barədə hələlik məlumat yoxdur.

astarainfo.az