Su həyatdır

İnsan orqanizminin suya ehtiyacı olduğu qədər təsərrüfatda da bu həyat mənbəyinə – suya böyük tələbat vardır. Məlumdur ki, rayonda sitrusçuluq və çayçılıqla yanaşı ənənəvi çəltikçiliyin də inkişafı geniş vüsət alıb. Qiymətli ərzaq məhsulu – düyünün əkilib becərilməsi, yetişdirilməsi suyun lazımi səviyyədə ötürülməsindən asılıdır. Rayonun təsərrüfatlarında ənənəyə uyğun olaraq bu il 200 hektar sahədə çəltik əkini başa çatıb.

Bəli, su həyatdır. Al-əlvan təbiəti də susuz təsəvvür etmək qeyri mümkündür. Bu günki müsahibim rayon Suvarma Sistemleri İdarəsinin rəisi Tərəqqi medallı Habil Manafovdur.

-Məlumat üçün bildirim ki, idarəmizin işçiləri üzərlərinə düşən məsuliyyəti qayda-qanuna uyğun tərzdə həyata keçirməyə səy göstərirlər. Rayonda Suvarma Sistemləri İdarəsi 1979-cu ilin oktyabrdan fəaliyyət göstərir. Özüm 2005-ci ildən idarəyə rəhbərlik edirəm. İdarənin nəzdində texniki mühəndislərlə yanaşı  ümümən  70-ə yaxın işçi qüvvəsi vardır. 

 Astara Suvarma Sistemlər İdarəsi rayonun 4519 hektar suvarılan sahəyə xidmət edir. 2020-ci ildə 136 km suvarma, suötürücü və kollektor-drenaj şəbəkələrində lildən təmizlənmə, Astaraçay, Pensərçay və Qazandaşçayda ümumilikdə 3000 p.m məsafədə tənzimlənmə işlərinin görülməsi nəzərdə tutulmuşdur.

      Əkin sahələrinin bir qismi qapalı şəbəkələr vasitəsi ilə suvarma suyu ilə təmin olunur. 2020-ci ildə  6 km qapalı şəbəkələrdə, 3 km beton kanalda və hidrotexniki qurğularda təmir-bərpa işlərin görülməsi nəzərdə tutulub.

      Sel-suların qəzasız ötürülməsi, suvarma suyunu vaxtında və itkisiz su tələbatçılarına çatdırılması üçün bir sıra tədbirlər görülüb. İlin əvvəlində başlayaraq birinci növbədə çəltik əkilən sahələrin su təminatını yaxşılaşdırmaq üçün bütün əsas kanallar təmizlənilmiş,  suvarma suyunun  tələbətçılara itkisiz çatdırılması üçün 6000 p.m-dən çox  xırda ölçülü kanal qazılıb, texnikanın hərəkəti mümkün olmayan həyətlərdən keçən kanallarda 3000 p.m dən çox əl ilə lildən təmizlənmə işləri görülüb.

      Ərçivan qəsəbəsinin əkin sahələrini sel-sularından mühafizə məqsədi ilə 17 km-dən çox kanal təmizlənilmişdir.

       Şiyəkəran kanalın Lələkəpeştə ərazisindən keçən 1500 p.m magistral kanal lildən təmizlənibdir. Şiyəkəranın əkin sahələrini sel-sularından mühafizəsi üçün 3000  p.m-ə yaxın mexanizmlərlə lildən təmizlənmə işləri görülübdür.

       Sel-suları zamanı “Qazandaşçayda” su daşınmasının qarşısını almaq üçün çayda dərinləşdirmə və genişləndirmə işləri görülür. İndiyə kimi 1200 metr məsafədə  dərinləşdirmə və genişləndirmə işləri aparılmışdır.

         İlin 5 ayında  ayrı-ayrı ərazilərdə mexanizmlərlə 70 km-dan çox kanallarda təmir-bərpa işləri görülüb. Ayrı-ayrı çəltikçilər üçün kanallarda torpaq bəndlər vurulduğundan, su itkisinin qarşını alır. Qapalı şəbəkələrdə, hidrotexniki qurğularda  təmir-bərpa işləri görülür. Kijabə, Pensər, Kakalos və Çayoba ərazisində 3 km-dən çox qapalı şəbəkələrdə, 60-dan hidrotexniki qurğularda, 30-dan çox siyirtmələrdə təmir işləri görülüb.

         Əkin sahələrini suvarmaqdan ötrü hansı su anbarlarından istifadə edilir?

        -Məlumat üçün bildirim ki, əkin sahələrini suvarma suyu ilə təmin etmək üçün dörd su mənbəyindən istifadə olunur.  Bunlar Astaraçay, Pensərçay, Lovayın və Yuxarı Xanbulançay su anbarlarıdır. Rayonumuzun  1350 hektar əkin sahəsini suvarma suyu ilə təmin edən su tutumu 6,3 milyon kub metr olan Lovayın su anbarı tam həcmdə su ilə doldurulmuş, 4 aqreqatlı Lovayın Nasos stansiyasında o cümlədən mexaniki və elektrik avadanlıqlarda sazlama işləri görülüb.

       Hal-hazırda Lovayın nasos stansiyası tam gücü ilə işləyir.

       2020-ci ildə Astaraçaydan 6908 min m³, Pensərçaydan 2027 min m³, Lovayın su anbarında 6000 min m³, Xanbulan su anbarından 7319 min m³ su götürülməsi nəzərdə tutulub.

         Mümkünsə onu da bildirin ki, indiyə qədər təsərrüfatlarda nə qədər su istifadə olunub? 

      – Hal-hazırki dövrə kimi Astaraçaydan 2290 min metr kub, Pensərçaydan 5910 min metr kub, Lovayın su anbarından 1613 min metr kub, Xanbulan su anbarından 2221 min metr kub su götürülüb.

      Su itkisinin qarşısını almaq üçün bütün sahələrə mirablar təhkim olunub və onlara idarə tərəfindən ciddi nəzarət edilir.

Rayon Suvarma Sistemləri İdarəsi çoxillik  təcrübəsinə əsaslanaraq hər il olduğu kimi 2020-ci ilin suvarma mövsümünü müvəffəqiyyətlə  həyata keçirəcək.

Söhbəti apardı 

Gülnar Əsədli