Nazirlər Kabinetinin bəzi şəhər və rayonlarda sərtləşdirilmiş karantin rejimin tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə 19 iyun 2020-ci il tarixli 208 nömrəli Qərarına uyğun olaraq 2020-ci il iyunun 22-dən etibarən DİM-in Bakı, Gəncə və Lənkəranda yerləşən inzibati binalarında vətəndaşların qəbulu dayandırılır.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, DİM-in digər şəhər və rayonlarda yerləşən inzibati binalarında vətəndaşların qəbulu Mərkəzin internet saytı vasitəsilə yalnız əvvəlcədən onlayn növbə götürməklə qeyri-iş və imtahan günləri istisna olmaqla saat 09:30-dan 17:00-dək həyata keçirilir.

Bundan əlavə, vətəndaşların müraciətləri 1653 “Çağrı Mərkəzi” vasitəsilə cavablandırılır. Vətəndaşlar Mərkəzin info@dim.gov.az elektron poçt ünvanına da müraciətlərini yaza, həmçinin məlumat almaq üçün DİM-in saytı (dim.gov.az) və sosial şəbəkələrdəki (“Facebook”, “Instagram”, “Twitter” “Telegram”) hesablarını izləyə bilərlər.

astarainfo.az