Birləşmiş Ərəb Əmirlikləri dünyada ən çox COVID-19 testi edən ölkələrdən biridir.
Astarainfo.az
 “Euronews”a istinadən xəbər verir ki, blutuz vasitəsilə həyata keçirilən izləmə sistemi ölkənin həyatında vacib addımlardan biri olub. Dubay epidemiya ilə mübarizədə artıq texnologiyanın gücü ilə insan əməyindən istifadə etməməyi düşünür. Hətta patrulları belə pilotsuz sahil mühafizə gəmiləri ilə əvəzləyəcəyi deyilir.
Dubayda “Dubay Gələcək Tədqiqatlar Mərkəzi”nin alimləri tərəfindən istehsal olunan süni nəfəsalma aparatını ucuz və kütləvi şəkildə istehsalının professionallığını artırmağı düşünür. Bu barədə tədqiqat mərkəzinin laboratoriyasının rəhbəri Xəlifə Alqama açıqlama verib:
“Fevral və Mart aylarında bütün dünyada cəmi 100.000 süni nəfəsalma aparatı var idi. Bu vəziyyəti necə dəyişə biləcəyimiz barədə düşündük. Buna görə prototipli bir süni nəfəsalma aparatı istehsal etdik. Bu aparatın bütün lazımi xüsusiyyətləri var. Aparat həkimlərə imkan yaradır ki, xəstənin nə qədər və ya hansı təzyiqdə oksigenə ehtiyacı olduğunu müəyyənləşdirsin. Məsələn, uşaqların böyüklərə nisbətən daha az təzyiqdə daha az oksigenə ehtiyacı olur”.
Dubay COVID-19 ilə mübarizədə dezinfeksiya edici dronlar da idxal edib. Həmin dronlar 1 saatda yarım hektar ərazini dezinfeksiya etmə qabiliyyətinə malikdir.
Bundan savayı virusla mübarizə məqsədilə mərkəzi BƏƏ-də yerləşən “Guard Sanitising Gate” şirkəti insanları dezinfeksiya edən ağıllı turniketləri istehsal edib.
Qeyd edək ki, BƏƏ-də iş yerləri artıq normal həyata qayıdır. Vətəndaşlar da bununla ayaqlaşmağa başlayıb. Dubay epidemiyanı texnologiya, tibb, mobil qurğular və dezinfeksiya cihazları ilə körfəzdən uzaqlaşdırmağa hədəfləyib.