Bəzi qaydalara riayət edilməsi şərti ilə Türkiyədə toyların keçirilməsinə icazə veriləcək.
Astarainfo.az
 “Hürriyet”ə istinadla xəbər verir ki, yeni qaydalara riayət edilməsi şərtilə iyulun 1-dən Türkiyədə toyların keçirilməsinə icazə veriləcək. Yeni şərtlərə əsasən şadlıq evlərinin girişində, masalarda dezinfeksiya məhlulları qoyulmalıdır, eyni zamanda hər kəs maska taxmalıdır. Salonda stollar arasındakı məsafə 1,5 metr, stullar arasında isə 60 santimetr məsafə olacaq. Ancaq, eyni evdə yaşayan ailə üzvləri arasında sosial məsafənin saxlanması məcburi olmayacaq. Toya gələn qonaqlar əllə görüşməyəcək və şəkil çəkilməyəcək. Kənd və ya açıq havada keçirilən müəyyən toylarda birdəfəlik qab-qacaqlardan istifadə ediləcək. Toya gələn şəxslərin qızdırması yoxlanacaq, hərarəti 38 dərəcədən yuxarı şəxslər salona buraxılmayacaq.