Türkiyədə COVİD-19 xəstəsi fərqli üsulla müalicə edilərək sağaldılıb.
Astarainfo.az  Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyənin Diyarbakır vilayətində 46 yaşlı koronavirus xəstəsi radioterpiya vasitəsilə müalicə edilib. Həkim Hikmət Səlçuk Gedikin rəhbərliyi altında həyata keçirilən müalicə uğurla başa çatıb. Radioterapiya tətbiq edilən xəstənin test nəticələri ikinci dəfə mənfi çıxıb. Mətbuat konfransında danışan Hikmət Gedik bu metodun dünyada ilk dəfə tətbiq edildiyini bildirib: “COVİD-19-a yoluxan xəstə ağır vəziyyətdə reanimasiyaya yerləşdirilmişdi. Yoxlamalardan sonra xəstənin radioterapiya edilməsi üçün qərar qəbul etdik və həm damar içində həm də nəfəs yollarında bu metodu tətbiq etdik. Müalicədən sonra xəstədə yoxlamalar apardıq və testlərin cavabı mənfi çıxdı”. Həkim daha sonra bildirib ki, bu prosesi əvvəlcə “New York” universitetində həyata keçirmək istəyiblər ancaq, son qərar sınaqların Türkiyədə edilməsi barədə razılığa gəlinib: “Bu müalicəni müvəffəqiyyətlə başa çatdırmanın qürurunu yaşayırıq, Türkiyə olaraq bütün dünyada koronavirus xəstələrində bir ümidə səbəb olduğum üçün çox xoşbəxtəm”.