Virusa qarşı tətbiq edilən bəzi dərman preparatları var ki, onlar təyinatsız alınır.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, bu dərmanların kütləvi alınmasına cəhd edilir: “Bu, çox təhlükəli ola bilər. Bəzi dərmanlar həkim resepti ilə alınmalıdır. Elə dərmanlqr var ki, onlar həkim resepti olmadan istifadə olunarsa, bu, ürək çatışmazlığı və digər ağır xəstəliklərlə nəticələnə bilər. Ona görə də həkim resepti olmadan dərman qəbul etmək olmaz. Hazırda dərman qıtlığımız yoxdur. Xüsusi təyinatlı xəstəxanalarda bütün lazımi dərmanlar var və təyinatı üzrə xəstələrə verilir”.

Astarainfo.az