Astara rayonunun çay plantasiyalarında ikinci çay yığımı kampaniyası davam edir.

Astarainfo.az xəbər verir ki, bu il havaların yağmurlu keçməsi məhsuldarlığa da müsbət təsirini göstərib. Çay plantasiyalarında bol məhsul var.

İndiyədək rayonda fəaliyyət göstərən çay fabriklərinə 307,6 ton yaşıl çay yarpağı təhvil verilib.

Astarada ikinci çay yığımı iyulun sonlarında başa çatacaq.

Qeyd edək ki, ötən il Astara rayonunda 137 hektar məhsuldar çay sahəsindən 583,3 ton yaşıl çay yarpağı yığılıb. Bu il bu rəqəmin 600 tona çatdırılması nəzərdə tutulub.