ABŞ-da koronavirusa yoluxma sayına görə növbəti dəfə rekord qeydə alınıb.

Trend-in məlumatına görə, ötən sutka ölkədə 66,6 mindən çox şəxs koronavirusa yoluxub.

Bir gün əvvəl bu rəqəm 63,2 mindən çox idi. Bundan başqa, daha 802 xəstə həyatını itirib.

Bu günədək ABŞ-da koronavirusa yoluxanların sayı 3,3 milyon nəfəri keçib. 137 minə yaxın xəstə vəfat edib.

Astarainfo.az