Bu ilin birinci yarısında Astara Rayon Məşğulluq Mərkəzində 28132 nəfər işaxtaran qeyri məşğul vətəndaş qeydiyyata alınıb. Onların 14647 nəfərini qadınlar təşkil edir. Mərkəzə iş üçün müraciət edənlərin 773 nəfəri müxtəlif idarə və müəssisələrdə işlə təmin olunublar. Onlardan da 488 nəfəri qadınlardır.

Bu barədə Astara Rayon Məşğulluq Mərkəzindən Astarainfo.az-a məlumat verilib.

Bildirilib ki, rayonda işlə təmin olanların 343 nəfəri kənd təsərrüfatında, 2 nəfəri elektrik və qaz təchizatında, 6 nəfəri su təchizatında, 6 nəfəri tikintidə, 5 nəfəri nəqliyyatda, 9 nəfəri dövlət idarəetməsində, 24 nəfəri təhsildə, 3 nəfəri səhiyyədə, 316 nəfəri Dayanıqlı Operativ Sosial Təminat Agentliyində təmizlik işləri və sosial xidmətlərin göstərilməsində, 59 nəfəri isə digər sahələr üzrə işə düzəliblər.

Bu müddətdə, həmçinin koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar təşkil olunmuş iki aylıq ictimai işlərə 310 nəfər işsiz vətəndaş cəlb olunub.

Rayonda kvota yerlərinə 8 nəfər sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən işaxtaran və işsiz vətəndaşlar göndərilib. Onlarında 3 nəfərini qadınlar təşkil edir.

Bu ilin altı ayında Rayon Məşğulluq Mərkəzində işsiz, xüsusi ilə aztəminatlı ailələr, habelə sosial müdafiəyə xüsusi ehtiyacı olan işaxtaranlardan 50 nəfəri özünüməşğulluq proqramının təlimlərinə cəlb olunub.