21 iyul 2020-ci il tarixdə Astara rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Astara rayon gənclərlə iş üzrə nümayəndəsi Abbas İbrahimlinn təşəbbüsünə uyğun olaraq “Koronavirus pandemiyası dönəmində gənclərin işi” mövzusunda Zoom proqramı vasitəsilə onlayn videokonfrans keçirilib.

Astarainfo.az bildirir ki,Onlayn video konfransın keçirilməsində məqsəd pandemiya dönəmində “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq maddələrinin yerinə yetirilməsi, asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməsi olub.

Videokonfransın açılış mərasimində Şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmiş və giriş sözü ilə könüllü gənc, Astara rayonda gənclərlə iş üzrə nümayəndəsi Abbas İbrahimli geniş çıxış edərək pandemiya dönəmində Astaralı könüllü gənclərin fəaliyyətindən bəhs edib.

Konfrasın gedişatında Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova və Astara rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhəçisi Rufan Şirinov çıxış edərək Covid-19 pandemiyasından qorunmağa pandemiya dövründə maksimum diqqətli olmağa Operativ qərargahın qoyduğu qərarlarını əməl etməklərini tövsiyə ediblər.

Daha sonra Mövzu ətrafında Astara rayon Heyder Əliyev Mərkəzinin bələdçisi Cəmalə Məmmədova,Binəqədi rayon Gənclər və İdman İdarəsin baş məsləhətçisi Elvin Quliyev, Masallı rayon Gənclər və İdman idarəsin əmakdaşı təlimçi Rafet Şirəliyev, Bakı Gənclər klubunun sədri Nicat Etibar, pandemiya dövründə gördükləri işlərdən söz açıblar.