Astaralı idmançı Əli Rəhimzadə Ceyhun oğlu 23 noyabr 1997-ci ildə Astara rayonun Maşxan kəndində anadan olub. O, uşaq yaşlarından idmana marağı olduğu üçün ,eyni zamanda atası da güləşçi olduğundan güləşlə məşqul olmağa başlayıb. Onun idmanla məşqul olduğu vaxtlarda ilk məşqçisi atası Rəhimov Ceyhun olub.

Əli 2003- cü ildə Maşxan kənd tam orta məktəbində ilk təhsilinə başlayıb.Sonradan ailəsi ilə birlikdə Bakıya köçərək Nərimanov rayonu 45 nömrəli tam orta məktəbində təhsilini davam etdirib. O, beşinci sinifdə oxuyarkən Daxili İşlər Nazirliyinin tərkibində olan “Dinamo” İdman Cəmiyyətinə yazılaraq polis polkovniki İlham Mustafayevin müəllimliyi ilə sərbəst güləşlə məşqlərini davam etdirir. Dəfələrlə Respublika çempionatlarında birinci yerə layiq görülüb.

O, 2017 ci ildə Almaniyanın Dortmun şəhərində Avropa çempionatında 60 kq çəkidə qızıl medalı, 2017 ci ildə İran İslam Respublikasının Kirmanşah əyalətində keçirilən yeniyetmələr arasında dünya çempionatında 61 kq cəkidə bürünc medalı, 12-18 noyabr 2018- ci ildə Ruminiyanın Buxarest şəhərində Dünya çempionatında 65 kq çəkidə gümüş medalı, 2020 ci ilin fevral 11 də İtaliyanın Roma şəhərində keçirilən böyüklər arasında Avropa çempionatında 65 kq çəkidə bürünc medalı qazanıb.

Astara rayon Gənclər və İdman İdarəsində İdarənin rəisi Ərçə Əliyev idmançı ilə görüş keçirib.Ona bir sıra tövsiyələr verib, məşqlərində və şəxsi həyatında ona uğurlar arzulayıb. Sonda idmançı ilə xatirə şəkili çəkildi.

Astarainfo.az