Astarainfo.az xəbər verir ki, Astaradan ön cəbhəyə dəstək məqsədilə cəbhə bölgəsinə xeyli sayda təkər göndərilib.

Astara rayonu Siyakü kənd Şəhid Pəcəli Teymurov adına boks məktəbinin direktoru,ehtiyyatda olan zabit Eldar Əhədov ,Emin Mehrəliyev və hərbi hazırlıq müəllimi Yusif Həbibovun təşkilatçılığı ilə aksiya keçirilib.

“Hər şey Vətən üçün” çağırışı ilə baş tutan aksiyada könüllü kənd camaatı əlindən gəldiyi qədər dəstək göstərib.Aksiyada gənc idmançılarla yanaşı kəndin gəncləri ,hətta qocalar və uşaqlar da iştirak ediblər. Bir gün ərzində təxminən 500-ə yaxın təkər yığılaraq ön cəbhədə xidmət edən əsgərlərimiz üçün göndərilib.

Şəhid Pəncəli Teymurov adına boks məktəbinin direktoru Eldar Əhədov bu işdə əməyi keçən hər kəsə öz dərin minnətdarlığını bildirib.