Azərbaycan xalqı öz dövlətinə,onun rəhbərinə həmişə sədaqətli olub.Elə koronavirus pandemiyasına qarşı mübarizədə ölkəyə dəstək olaraq fərdi qaydada sahibkarıların ,adi vətəndaşların ölkə rəhbərinin təşəbbüsü ilə yaradılmış dövlətə dəstək fonduna milyonlarla manat məbləğində yardım etməsi buna parlaq sübutdur.Eyni zamanda bununla əlaqədar bir neçə xəstəxanaların tikilməsini özəl sektorların öz öhdəsinə götürməsi qürurvericidir.

   Bəli,çətin dövrdə həmrəy olub ,birlik göstərmək bizim vətəndaşlıq qayəmizdir.Aldığımız informasiyalardan məlum olur ki,inkişaf etmiş ölkələrdə səhiyyə sistemi koronavirusa tutulan xəstələri müalicə və müayinə etməkdə acizdir.Çünki cənab prezidentin dediyi kimi “bizdəki yanaşma ən düzgün ,ən humanist yanaşmadır”.

  Məlumdur ki, koronavirus pandemiyasına qarşı mübarizədə ölkənin səhiyyə-tibb işçiləri çox böyük fədakarlıq göstərirlər.Onlar həyatlarını risqə ataraq gecə-gündüz xəstələrin yanında qalır,onların həyatını bu bəladan xilas etməyə çalışırlar.Təəssüf ki,həyatını itirən tibb işçilərimiz də oldu.Elə bu yaxınlarda r4ayon mərkəzi xəstəxanasında həkim-cərrah işləmiş Kamil Əliyev ona ehtiyac duyan xəstələri sağaldaraq nəticədə öz həyatını itirdi.

  Pandemiya dövründə öz evində-şəfa ocağında onlarla insanın koronavirusa tutulma hallarının qarşısını fədakarcasına alanraq xəstələri təmənnasız müalicə və dərmanlarla təmin edərək, insanalığın fövqündə pasiyentlərin məhəbbətini qazanmışdır.O yaşından asılı olmayaraq hər kəsin,hətta dil açmayan,dodaqları büzüşmüş halda ona pənah gətirən körpələrin də şəfa verəni idi.

    Bəli,48 yaşında həyatını itirən Kamil Əliyevin timsalında bir neçə həkimlərimiz,tibbi personallarımızın  koronavirus pandemiyasına qarşı mübarizədə dünyasını dəyişməsi çox təsiredicidir.

 Taleyin çox qəribə gərdişi var.Ərçivan qəsəbə sakini,yüzlərlə xəstənin məhəbbətini qazanmış Kamil həkimin ölümünə bir  saat qalmış bir zamanlar fəaliyyət göstərdiyi mərkəzi xəstəxanada dünyasını dəyişməsi ailəsinə həyatda mövqeyi bəlli olmayan iki övladına,eyni zamanda xəstələrinə ağır itki oldu.

      Deyirlər, dünya yaxşılardan xali deyil.Astaranı təmsil edən millət vəkili Rəşad Mahmudov öz feysbuk səhifəsində dərindən üzüldüyünü qeyd edərək  yazır:

“ Koronavirus daha bir səhiyyəçinin canını aldı. Deputatı olduğum Astara rayonunun Mərkəzi Xəstəxanasında əvvəllər həkim – cərrah kimi çalışmış Kamil Əliyev əfsuslar olsun ki, eyni xəstəxanada koronavirusla mübarizədə həyatını itirdi!

Xəstələrin ümidi və pənahı olan, pandemiya dövründə yüzlərcə insanın evdə müalicəsini təşkil edən, imkanı olmayanların dərmanını təmin edən Kamil həkim timsalında onlarla həkim və tibb personalı bu mübarizədə təəssüf ki, həyatlarını itirdilər. Unutmayaq ki, bu qəhrəman səhiyyəçilərimizin geridə qoyduqları ailələri, övladları bizlər üçün bir əmanətdir. Bu əmanətə sahib çıxmaq isə hər bir vətəndaş cəmiyyətinin mənəvi borcudur.

Kolleqam olmuş Kamil Əliyevin ailəsinə bildirmək istəyirəm ki, geridə əmanət qoyduğu iki övladının dövlətin himayəsi altında şəxsiyyət olaraq formalaşmasının bütün mərhələlərini ən yüksək səviyyədə təşkil etmək üçün millət vəkili olaraq əlimdən gələni edəcəyəm….”

  Dərin üzüntüdə olan həkimin ailəsi dövlətin onlara göstərəcəyi qayğıdan çox təsirlənmişlər.Göz yaşları içində yaranan sevinc onların ağır dəedinə məlhəm oldu.

  Onu da qeyd edək ki, Astaranı təmsil edən millət vəkili Rəşad Mahmudov Astarada bir neçə çətin əməliyyatları təmənnasız aparıb.Onun bu xeyirxahlığı da bizə “dünya yaxşılardan xali deyil” məsəlini xatırladır.Allah ondan razı olsun!

Bəli,Azərbaycan xalqı birlikdə güclüdür.Gəlin elə yaşayaq ki,saf əməllərimizlə dövlətimizə,rəhbərimizə həmişə sadiq olaq.

                                                                                           Gülnar Əsədli