Həyatda hər bir  canlı üçün ölüm fərzdir.Həttta təbiətdə mövcud olan bitkilər aləmi də bu sonluğa məhkumdur.Onlar da içindəki çöküntüdən,inkişafdan dayanır və “ölür”lər .Amma yer üzünün əşrəfi olan insanın ölümü yaşından fərqli olmayaraq çox yandırıcı olur.Çox zaman da “o neçə yaşında rəhmətə getdi ?” deyə sorulur.Axcı yaşın nə fərqi var?!…

   Bu gün yer kürəsi dəhşətli bir fəlakətlə çalxalanır.Axırı necə sonuclanacağı bəlli olmayan   bir bəla ilə -koronavirusla mücadilədədir.

   Dünyada milyonlarla insan bu gözlənilməz bəladan dünyasını dəyişib.Bir o qədəri də xəstəxanalarda şəraitsizlikdən can çəkişməkdədir.Əlbəttə,bu bəladan sağalıb əzizlərinə qovuşanlar da olur.Lakin çoxsaylı insanın bu bəladan əzab çəkdiyini eşidəndə təsirlənməyə bilmirsən.Dünyanı bürüyən pandemiyadan bir çox ölkələr həm bioloji, həm də iqtisadi cəhətdən çox fəsadlar görür.Millətindən, irqindən asılı olmayaraq insanları yaxalayan ucuz ölümlər adamı dəhşətə gətirsə də, Azərbaycanda bu xəstəliyin qarşısının alınmasına çox sevinirsən.Əlbəttə,bu ölkə rəhbəri İlham Əliyevin düzgün siyasəti, yüksək səviyyədə gördüyü tədbirlərin nəticəsindəndir.Sevindirici haldır ki,Azərbaycan xəstəliyin qarşısının alınması üzrə dünya ölkələri içində ön sıradadır. Bu böyük qələbədir .Ulu tanrı ölkəmizin fədəkar rəhbəri, hörmətli prezidentimizi bəd-nəzərdən qorusun.Gündən-günə inkişaf edən dünyada sivil ölkə kimi tanınan Azərbaycana xayinlik edən,əlbəttə Ermənistandır.

  Bu sətirləri sadə dillə yazıram ki, açıqlamağa çətinlik törənməsin.Baxın,nankor,mənfur qonşumuz Ermənistanda siyasi-iqtisadi vəzityyət getdikcə gərginləşir.Koronavirusa tutulan insanların müalicə olunması üçün xəstəxanaları belə yoxdur.Bu dövlət belə müşkül vəziyyətdədirsə ,onlarla tibbi avadanlıqlı xəstəxanaları,labaratoriyaları olan Azərbaycanın niyə də paxıllığını çəkməsin?

   İyulun əvvəllərində faşist timsallı erməni silahlı qüvvələrinin Azərbaycan mövqelərinə artilleriya atəşi ilə zərbələr endirməsi və gözlənilməz təxribatdan hərbiçilərimizin yaralanması,həlak olması elə dirnaqarası qonşularımızın paxıllığına canlı sübutdur.Söz yox, həmişə olduğu kimi yenə də Azərbaycan silahlı qüvvələri tərəfindən düşmənə elə sarsıdıcı zərbə vurulmuşdur ki, heç zaman sağalmayan yara kimi onları həmişə yandırıb yaxacaq.Yuxarıda qeyd etdiyimiz kimi, məlum məsələdir ki, ölkədəki iqtisadi-siyasi böhranlar,xalqın acınacaqlı vəziyyəti bu xain qonşunu təxribat törətməyə sövq etmişdir.

  Mənfur düşmənin təxribatından general mayor Polad Həşimovun, 8 il övlad həsrəti ilə yaşayan və ölümündən sonra ilk körpəsi dünyaya gələn gizir Yaşar Babayevin,polkovnik İlqar Mirzəyevin , mayorlar Anar Novruzov və Namiq Əhmədovun  ,eyni zamanda evində düşən mərmi  əticəsində 76 yaşlı Əziz kişinin və başqalarının həlak olması Azərbaycan dövlətini,onun vətənpərvər xalqını çox sarsıtdı.Ölkə rəhbəri həlak olanların ailəsinə dərhal humanistcəsinə qayğı göstərərək onları əmin etdi ki, şəhidlərin qanı yerdə qalmayacaq.Əlbəttə, ali baş komandan güclü dövlətinə və güclü ordusuna güvənir.

  “Ordu quruculuğu bizim dövlət siyasətimizdir” deyən cənab prezident dünya miqyasında  öz gücünə arxalanan ,heç kəsdən asılı olmayan ölkəsinə ,ordusuna,xalqına güvənməkdə haqlıdır.Çünki Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır.

     Azərbaycanın mövqelərinə qarşı törədilmiş gözlənilməz təxribatlar sadəcə ”milçək bir şey deyil ,könül bulandırır” məsəlini xatırladır.

Gülnar Əsədli