Rayon Kənd təsərrüfatı idarəsindən aldığımız məlumata görə cari ildə 148,6 hektar sahədə taxıl əkini aparılıb.Zəmilərdən 122,8 hektar buğda, 25,8 hektar arpa biçilib.Ümumi yığım 365,7 tondur.

******

Rayonun çay plantasiyalarından indiyə kimi 301,4 ton məhsul yığılıb.Yığım sentyabr ayına kimi davam edəcək.

****

Ənənəvi çəltikçilikdə də yüksək göstəricilər vardır.Belə ki,sahələrdə 204,6 hektardan “haşimi”,”apola”,”meko” ,”sədri”, ”şirazi”, “avanqard”,”xəzər” və başqa növlər üzrə çəltik əkilib.Çəltik yığımı avqustun axırları,sentyabrın əvvəllərinə nəzərdə tutulub.

******

Tərəvəzçilikdə sahibkarlar və fiziki şəxslər tərəfindən 150 hektar pomidor,1034 hektar kartof,449 hektar soğan,169 hektarda sarımsağ,44 hektar kələm,349,1 hektar xiyar,402 hektar sahədə isə bostan bitkiləri əkilib.

Astarainfo.az