Təhsil müəssisələrinin bərpası ilə bağlı konkret vaxt yoxdur.

Astarainfo.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, konkret vaxt da demək çox çətindir:

“Çünki bilavasitə epidemioloji vəziyyətlə bağlı olan məsələdir. İnsanların ən çox cəmləşdiyi yerlərdən biri də tədris müəssisələridir. Kütləvilik, yaxın təmaslar burada çox böyükdür. Bütün bu amillər vacib şərtlərdir”.