“Türkiyə Qaradənizdə tarixinin ən böyük qaz yatağını tapıb”.
Bu sözləri Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, sözügedən təbii qazın 2023-cü ilə qədər əhalinin istifadəsinə verilməsi planlaşdırılır:
“”Fatih” geoloji kəşfiyyat gəmimizin 20 iyul 2020-ci ildə başladığı araşdırmalar nəticəsində 320 milyard kubmetr təbii qaz yatağı tapılıb.
Bu iş tamamilə ölkənin şəxsi imkanları ilə həyata keçirilib. Qaz yatağında əldə olunmuş məlumatlar eyni ərazidə yeni yataqların olduğunu deməyə əsas verir. Hədəfimiz 2023-cü ilə qədər Qaradəniz qazını millətimizin istifadəsinə verməkdir”.
Qeyd edək ki, bir neçə gün əvvəl R. T. Ərdoğan cümə günü ölkənin taleyində əhəmiyyətli rol oynayacaq sevindirici xəbər verəcəyini açıqlamışdı.(Yeniavaz.com)