Astara Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə şəhərdəki “Zirvə” Beynəlxalq İdman Klubunun açıq basketbol meydançasında koronavirus pandemiyası ilə əlaqədar karantin rejiminin tələblərinə riayət olunmaqla, 16-29 yaşlı könüllü gənclər arasında basketbol üzrə rayon kuboku yarışları keçirilib.

Astarainfo.az xəbər verir ki, iki gün davam yarışın yekun nəticələrinə əsasən, oğlanlar arasında “Zirvə Astara” birinci, “Zirvə İnternational” ikinci, ”Könüllülər“ komandası isə üçüncü yerə layiq görülüblər.

Qızlar arasında keçirilən yarışda isə “Zirvə İnternational”, “Könüllülər”, “Zirvə Astara” komandaları mükafata layiq yerlərə sahib olublar.

Qaliblərə diplomlar təqdim olunub.

Astarainfo.az