Astara Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla açıq havada şahmat üzrə rayon birinciliyi keçirilib.

Astarainfo.az xəbər verir ki, İsveçrə sistemi ilə 9 turdan ibarət olan və iki gün davam edən yarışda 12 gənc şahmatçı qələbə uğrunda mübarizə aparıb.

Yarışın yekun nəticələrinə əsasən Ramazan Bağırov birinci, Elmin Qulamzadə ikinci, Nicat Musazadə üçüncü yerlərə layiq görülüblər.

Fəxri yerlərə sahib olan və fərqlənən gənc şahmatçılara diplomlar təqdim olunub.