Avropanın şimalında yerləşən İsveçdə ötən gün bir qrup sağçı müsəlmanların müqəddəs kitabı Qurani Kərimi yandıraraq videoya çəkiblər.
Astarainfo.az
 “Sözcü”yə istinadən xəbər verir ki, çəkilmiş video sonradan sosial şəbəkələrdə paylaşılıb. Videogörüntülərə etiraz edən insanlar küçələrə çıxıb. Polislə nümayişçilər arasında toqquşma yaranıb. 
Hadisə gündüz saatlarında baş versə də nümayiş gecəyə kimi davam edib. 
Etiraz edən yüzlərlə insan məsələ ilə bağlı istintaq işinin başladılmasını tələb edib. Nümayişdə iştirak edənlər təkərlər yandıraraq polisə daş atıblar. İsveç polisi hadisəni nəzarətdə saxlamağa çalışdığını deyib. 
İsveç mətbuatında Danimarkadakı sağçı partiya Hard Laynın lideri Rasmus Paludanın ölkəyə gəlişinin qarşısı alındığı üçün sağçılar tərəfindən belə bir addım atıldığı deyilir.