İranın qərbində xlor balonunun partlayışı nəticəsində xəsarət alanların sayı 230 nəfərə çatıb.

“Report”un məlumatına görə, bu barədə “Mehr” agentliyi xəbər verib. 

Daha əvvəl hadisə zamanı 217 nəfərin xəsarət aldığı bildirilib. Yaralılar xəstəxanalara yerləşdirilib. 

Hadisənin başvermə səbəbləri araşdırılır.23:25

İranın qərbində xlor balonunun partlayışı nəticəsində xəsarət alanların sayı 217 nəfərə çatıb.

Bu barədə “Report” “Mehr” agentliyinə istinadən xəbər verir. 

Hadisənin başvermə səbəbləri araşdırılır.22:29

İranın qərbində xlor balonunun partlayışı nəticəsində azı 120 nəfər xəsarət alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İlam vilayətinin Çardaval sahəsi üzrə rəhbəri İlyas Fəttahi bildirib.

“Xlorun (balonun-red) partlayışı nəticəsində zərər çəkənlərin sayı 120 nəfərə çatıb”, – “Tasnim” agentliyi ondan sitat gətirib.

Agentlik bildirib ki, xilasetmə xidmətlərinin əməkdaşları ərazidədir, vəziyyət nəzarət altındadır. Hadisənin başvermə səbəbləri araşdırılır.

Astarainfo.az