Astara rayonunun çay plantasiyalarında üçüncü çay yığımı kampaniyasına başlanılıb.

Astarainfo.az xəbər verir ki, bu il havaların yağmurlu keçməsi məhsuldarlığa da müsbət təsir göstərib. Çay plantasiyalarında bol məhsul var. İndiyədək rayonda fəaliyyət göstərən çay fabriklərinə 550 ton yaşıl çay yarpağı təhvil verilib.

Astarada üçüncü çay yığımı sentyabrın sonlarında başa çatacaq.

Qeyd edək ki, ötən il rayonda 197 hektar məhsuldar çay sahəsindən 565 ton yaşıl çay yarpağı yığılıb.