Astara Olimpiya İdman Kompleksinin açıq futbol meydançasında Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla 16-29 yaşlı könüllü gənclər arasında “Könüllülər kuboku” proqramına daxil olan mini futbol üzrə rayon birinciliyi keçirilib.

Astarainfo.az  xəbər verir ki, Olimpiya sistemi üzrə keçirilən yarışda dörd komanda qələbə uğrunda mübarizə aparıb.

Finalda “Kələdəhnə” və “Azrıba” komandaları qarşılaşıblar. Rəqibinə 4:2 hesabı ilə qalib gələn “Kələdəhnə” komandası rayon birinciliyinin qalibi olub.

“Azrıba” komandası ikinci, “Proqress” komandası isə üçüncü yerləri tutublar.

Qaliblərə diplomlar təqdim olunub.