Azərbaycan Respublikası Təhsil naziri Emin Əmrullayev 2019-2020-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında əmr imzalayıb. Əmrə əsasən, ötən tədris ilinin XI sinif məzunlarından 125 nəfər qızıl, 76 nəfər isə gümüş nişanla təltif olunub.
Astarainfo.az xəbər verir ki, təltif olunanlar arasında Astara rayonu Pensər kənd 2 saylı tam orta məktəbinin 2 (iki) şagirdi də var.
1. Hüseynov Tərlan Zaman oğlu – Qızıl nişan.
2. Əliyev Zəka Ziya oğlu – Gümüş nişan.