“BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul edib. Hesab edirəm ki, bu sənədlər kifayət qədər yetərlidir ki, məsələ öz həllini tapsın. Dağlıq Qarabağ münaqişəsi məsələsində beynəlxalq hüquq normaları Azərbaycanın tərəfindədir”.

Bunu “Report”un Avropa bürosuna açıqlamasında Almaniya Bundestaqının (parlament) Xristian-Demokratlar Birliyi Partiyasından olan deputatı Tobias Zeç (Tobias Josef Zech) bildirib.

O deyib ki, ərazi bütövlüyünün təmin olunması digər dövlətlər kimi Azərbaycanın da öz vətəndaşları qarşısında əsas öhdəliklərindən biridir: “Bölgədə problemin həllinin silahlı münaqişəyə çevrilməsi bizi ciddi narahat edir. İnsanlar, xüsusilə mülki vətəndaşların həlak olması çox ağırıdıcıdır. ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin sülh yolu ilə həlli üçün vasitəçilik edirlər və biz də bu missiyanı dəstəkləyərik. Biz tərəfləri sülhə, ATƏT-in Minsk qrupunu isə real nəticələrin əldə olunmasına çağırırıq”, – o vurğulayıb.

  1. T. Zeç bildirib ki, Almaniya “Dağlıq Qarabağ hökuməti” adlı bir qurumu heç bir halda tanımayıb və tanımır.
    Astarainfo.az