Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyədə səfərdə olan NATO-nun Baş katibi Yens Stoltenberqi Ankarada qəbul edib.

Məlumatı Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsi yayıb. Təxminən bir saat davam edən qəbulda Şərqi Aralıq dənizi, Suriya və Liviya məsələləri başda olmaqla regional proseslər müzakirə olunub.

Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyəti şərh edən Ərdoğan BMT Təhlükəsizlik Şurası və ATƏT-in qətnamələrinin Ermənistanı Azərbaycanın işğal edilmiş ərazilərini dərhal, tamamilə və qeyd-şərtsiz tərk etməyə çağırdığını xatırladıb.(AZƏRTAC)