Ölkəmizdə məhsul istehsalçılarına göstərilən dövlət dəstəyi Astara rayonunda aqrar bölmənin digər sahələri kimi, tərəvəzçiliyin inkişafı üçün də geniş imkanlar yaradıb.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında Astarada tərəvəzçiliyin inkişafı ilə bağlı nəzərdə tutulan tədbirlər uğurla icra edilir.

Astara Rayon Statistika İdarəsindən Astarainfo.az-a  verilən məlumata əsasən, bu ilin məhsulu üçün rayonda 2037,1 hektar sahədə tərəvəz əkilib. Tərəvəzçiliklə məşğul olan fermerlər və məhsul istehsalçıları sahələrdə bol məhsul yetişdiriblər.

Oktyabrın 1-dək rayonda 2009 hektar sahədən 25950,6 ton tərəvəz məhsulu yığılıb. Tərəvəzçilikdə hər hektarın məhsuldarlığı ötən ilin müvafiq dövrünə nisbətən 1,1 sentner və ya 0,9 faiz artaraq 129,2 sentner olub.

Sahələrdən yığılan məhsulun 615,5 tonunu kələm, 5472,5 tonunu xiyar, 1217 tonunu sarımsaq, 4845 tonunu soğan, 6717 tonunu pomidor, 2770 tonunu badımcan, 2268 tonunu bibər, 560 tonunu sair tərəvəz,1486 tonunu isə qabaq təşkil edib.

Tərəvəzçiliklə məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri yetişdirdikləri məhsulları əsasən yerli bazarlarda satırlar.

Qeyd edək ki, Astarada tərəvəz yığımı kampaniyası noyabrın 1-dək davam edəcək.