Humanitar atəşkəs rejiminin tətbiq edilməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələri  Gəncə şəhərini raket atəşinə tutublar.
Astarainfo.az xəbər verir ki, yaralılar arasında azyaşlılar da var.

GƏNCƏ 11 OKTYABR 2020 – İNSANLIĞA QARŞI CİNAYƏTDİR…

Ermənistan silahlı qüvvələrinin raket zərbələri nəticəsində Gəncədə bir sıra yaşayış və kommersiya binaları tam dağılıb. Yaralı və həlak olanlar haqda məlumat hələ təsdiqlənmə mərhələsindədir.Lakin yerli xilas etmə dəstələrinin məlumatlarına görə 50-yə yaxın yaralı və 4 nəfər həlak olan qeydə alınıb. Şəhərin bütün xidmətləri iş başındadır – FHN, Polis bölmələri və Tibbi müəssisələr tam işlək vəziyyətində əhaliyə lazımı xidmət göstərirlər.

GƏNCƏYƏ ƏN AĞIR RAKETLƏR MƏHZ GECƏ DİNC ƏHALİ YATANDA ATILIB

Gördüyünüz mənzərə top və ya qaubitsa mərmisinin zərbəsi deyil. Bu iri çaplı, saniyyədə 1 km. çox uçan, çəkisi 500 kg-dən çox olan, 120 km məsafəni qət edə biləcək və uçuş zamanı hədəfə dəyənə qədər tam idarə olunan “Toçka-U” tipli raket sistemlərindən açılan atəş nəticəsində əmələ gələn dağıntılardır. Hədəfdə yenədə mülki binalar və dinc əhali! Erməni silahlı qüvvələrinin bu Raket zərbəsini məhz gecə vaxtı həyata keçirilməsi mülki əhalinin kütləvi şəkildə evlərdə konsentrə olması və yatmasına hesablanmışdır. Bu cinayətlər erməni pressasının dediyi kimi cavab atəşləri deyil – bu xəyanətcəsinə və bütün sivil müharibə qaydalarına zidd olan insanlığa qarşı həyata keçirilən terror aktlarıdır.